Arxiv
15 Sentyabr 2009, 11:51 |
Bakıdakı məktəblərə işə yeni götürülən müəllimlər məlum oldu

Təhsil Nazirliyi Bakının orta məktəblərdəki vakant müəllim yerlərini tutmaq üçün sənəd vermiş pedaqoji kadrların bir hissəsinin müsabiqəsini başa çatdırıb.

Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən Modern.az-a verilən məlumata görə, işəgötürülmə ilə bağlı müsabiqənin sentyabrın 10-11-də keçirilən II mərhələsində müvəffəqiyyət qazanaraq orta məktəblərə təyinat alan bir qrup müəllimin adı artıq məlumdur. Həmin müəllimlər bu gün işləyəcəkləri məktəblərə göndəriliblər. Nazirlikdən saytımıza bildirilib ki, müsabiqədən müvəffəqiyyətlə keçən pedaqoqlar orta məktəblərdəki informatika, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət və rəsmxət ixtisasları üzrə vakant yerləri tutan müəllimlərdir.

Beləliklə, bu il Bakıdakı orta məktəblərə informatika ixtisası üzrə 56, coğrafiya ixtisası üzrə 15, fiziki tərbiyə ixtisası üzrə 45, gənclərin çağırışaqədərki hazırlığı ixtisası üzrə 11, əmək hazırlığı ixtisası üzrə 4, musiqi və nəğmə ixtisası üzrə 8, təsviri incəsənət və rəsmxət ixtisası üzrə isə 4 yeni müəllim işə götürülüb.

Nazirlikdən verilən məlumata görə, sentyabrın 16-da müsabiqənin II mərhələsinə buraxılmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, tarix,

sentyabrın 18-də ingilis dili, riyaziyyat, fizika, kimya, biologiya ixtisasları üzrə vakant yerləri tutmaq istəyən müəllimlər sınağa çəkiləcəklər.

Xatırladaq ki, müsabiqənin II mərhələsində namizədlərlə müəyyən olunmuş vaxtda müsahibə və ya test imtahanı keçirilir. Daha sonra I və II mərhələnin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi həyata keçirilir. Sonda isə keçid balı toplamış müəllimin ərizədə göstərdiyi konket məktəbdə iş yerinə qəbulu barədə müvafiq qərar qəbul ediləcək. Bir yerə bir neçə namizəd müsabiqədən keçdiyi halda, daha yüksək nəticə göstərmiş müəllim vakant yerə təyin olunur, digərlərinin adı isə ehtiyat kadrlar siyahısına daxil ediləcək. Adı ehtiyat kadrlar siyahısına daxil edilmiş kadrlara ixtisaslarına uyğun tutulmamış vakant yerlər təklif ediləcək. Təhsil Nazirliyinin məktubuna əsasən məktəb direktorunun əmri ilə müəllimlə əmək müqaviləsi bağlanılacaq.

Gələn ildən ölkənin digər bölgələrinin məktəblərində də müəllimlərin işə qəbulu yeni qayda ilə, elektron ərizə forması tətbiq edilməklə aparılacaq.

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən verilən məlumata görə, 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində müxtəlif ixtisaslardan olan 357 müəllim yeri müsabiqəyə çıxarılıb. Onlardan 29-u ibtidai sinif, 18-i Azərbaycan dili və ədəbiyyatı, 22-si riyaziyyat, 76-sı informatika, 10-u fizika, 10-u kimya, 11-i biologiya, 20-si tarix, 16-sı coğrafiya, 2-si rus dili və ədəbiyyatı, 33-ü ingilis dili, 1-i fransız dili, 65-i fiziki tərbiyə, 20-si hərbi hazırlıq, 19-u əmək, 8-i təsviri incəsənət və rəsmxət müəllimi yerləridir.

 

“Modern.az”

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Bu gün Azərbaycanda Bilik Günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33 Çörçilin doğulduğu saraydan qızıl unitaz oğurlanıb 14 Sentyabr 2019, 20:16 Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası... 14 Sentyabr 2019, 20:01 Təhsil ekspertindən direktorlara sərt İTTİHAM: “Sevgililərini katibə, laborant götürürlər!” 14 Sentyabr 2019, 17:37 Əminə Dilbazinin Amerikadakı qızı İlham Əliyevə təşəkkür etdi: “Təkliflərim var” 14 Sentyabr 2019, 17:13 Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı... 14 Sentyabr 2019, 16:28 “Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ 14 Sentyabr 2019, 16:04 Binəqədidə təhsil konfransı keçirilib 14 Sentyabr 2019, 15:42 Ordumuzun tarixini yazan polkovnik: “Bakının azad edilməsi üçün əsas istiqamət “Qurd qapısı” götürülmüşdü” 14 Sentyabr 2019, 15:32 Məktəblərin ətrafında piyada keçidləri yenilənir 14 Sentyabr 2019, 15:06 Rusiyada ağır yol qəzası: 9 ölü, 20 yaralı... 14 Sentyabr 2019, 14:42 Təhsil naziri Biləsuvarda məktəb açılışına gedib 14 Sentyabr 2019, 14:29 Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi … 14 Sentyabr 2019, 14:27 İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib 14 Sentyabr 2019, 14:17 Dilçilik İnsititutunun direktoru: “Qarabağ dialektoloji atlasını çapa hazırlayırıq” - MÜSAHİBƏ 14 Sentyabr 2019, 14:12 Post-patrul xidmətindən yol polisinə ezam olunanlar geri qaytarılıb - RƏSMİ 14 Sentyabr 2019, 13:27 Nizami olmaq 14 Sentyabr 2019, 13:18 İlham Əliyev meksikalı həmkarını təbrik edib 14 Sentyabr 2019, 13:06