Modern.az

Nar Mobile-nin yeni inzibati ofisinin açılış mərasimi olub - FOTO

Nar Mobile-nin yeni inzibati ofisinin açılış mərasimi olub - FOTO

Aktual

9 Oktyabr 2012, 17:38

Oktyabrın 9-da Heydər Əliyev prospekti 106A ünvanında yerləşən Azerfon MMC-nin yeni inzibati ofisinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Prezident Administrasiyasının İçtimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, digər dövlət məmurları, müxtəlif yerli və xarici təşkilatların rəhbərləri və media nümayəndələri iştirak edib.

Azerfon MMC-nin baş direktoru Jurgen Peetz öz şirkətin tarixi və faliyyəti, dəyərləri barədə danışaraq, yeni binanın xüsusiyyətləri haqda açıqlama verib.

“Nar Mobile qısa müddət ərzində mobil rabitə bazarının aparıcı şirkətinə çevrilərək öz tərəfdaşlarının və abunəçilərinin hörmət və rəğbətini qazanmağa müvəffəq oldu. Biz hər zaman yenilikçi olmağa can atırıq və əməkdaşlarımızın rahatlığı üçün bütün şəraiti yaradırıq. Binanın ərazisi 8.000 m2-dir, və hazırda burada 600-dan çox işçi çalışır. Nar Mobile-ın inkişafının yeni mərhələsinə qədəm qoyduq” – deyə Peetz bildirib.
Öz növbəsində tədbirdə çıxış edən cənab Əli Həsənov və İltimas Məmmədov telekommunikasiya bazarının mövcud vəziyyəti və dövlətin bu sahənin inkişafı istiqamətində attığı addımlardan danışaraq, Nar Mobile-ın uğurlarını və fəaliyyətini yüksək qiymətləndirdiklərini söyləyiblər. 
Rəsmi hissədən sonra media nümayəndələri üçün şirkətin ofisi və heyəti ilə tanıtım ekskursiyası təşkil olunub. Jurnalistlər şirkətin şöbələrinin işi ilə yaxından tanış olub, Nar Mobile-ın fəaliyyəti barədə suallara cavab alıblar.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı