Modern.az

Xankəndi, Xocalı və Xocavənd məsələsi RƏSMƏN BİTDİ

Xankəndi, Xocalı və Xocavənd məsələsi RƏSMƏN BİTDİ

7 İyul 2021, 15:45

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanında iki detalın tarixi əhəmiyyəti var:


- Dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini ilk dəfə rəsmi sənədlə bəyan etdi;


- Dövlətin gələcək strateji hədəfi rəsmiləşdi.


Fərmana görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Beləliklə, sülhməramlıların nəzarətindəki Xankəndi, Xocalı və Xocavənd rayonu ilə bağlı müharibədən sonra ilk rəsmi qərar qəbul olundu və bu fərman ən vacib məsələyə dair rəsmi qərarın verilməsi hesab oluna bilər:


- Qarabağın “statusunun” olmayacağı rəsmi sənədlə təsdiq olunur;


- Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya bilərlər;


Əliyevin prosesi yetişdirməsi və zamanında – Şuşa Bəyannaməsinin imzalanmasından sonra yekun qərarı verməsi xüsusilə diqqət çəkir.


Burada həm də müharibədən sonra “Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq” suallarının rəsmi cavabı yer alır.


Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsi hesab oluna bilər. Əliyev dövlətin gələcək strategiyasını açıq elan edir.

İlham Əliyev Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmən bitirən fərmanı niyə bu gün imzaladı?

Birincisi, Moskvada Putin-Paşinyan görüşü keçirilən vaxt Bakının Qarabağa dair mövqeyini rəsmi sənədlə təsdiqlədi və bununla Qarabağla bağlı mümkün “yeni təklifləri və istəkləri” sıradan çıxardı;

İkincisi, dünən Qarabağda qanunsuz erməni silahlı birləşmələrin Ağdam istiqamətində atəş açmasından sonra atacağı cavab addımlarını rəsmiləşdirdi;

Bakı Qarabağda açılan atəşlə bağlı yaydığı informasiyada açıq mesajını vermişdi:

- Rus sülhməramlıları atəşkəsə nəzarət edə bilmir;

- Qanunsuz erməni hərbi birləşmələri üçtərəfli razılaşmaya uyğun bölgədən çıxarılmalıdır;

Prezident bu informasiya mesajından bir gün sonra imzaladığı fərmanla “Azərbaycan sərhədləri daxilində qanunsuz hərbi birləşmələrə icazə verilməyəcək” mesajını verdi;

Nələr gözlənilir?

1. Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – qısa zamanda icrasını və separatçı rejimin təmizlənməsini tələb edəcək;

2. Moskva və İrəvana alternativ variantın anti-terror əməliyyatı olduğunu başa salmaq üçün müəyyən addımlar atılacaq: kiçikçaplı əməliyyatlar mümkündür;

3. Ağdamda yerləşən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi gündəmə gələcək: məqsəd türk hərbçilərin sülh yaratma prosesində iştirakını artırmaqdır və buna zəmin yaradacaq proseslərin şahidi ola biləcəyik.

 

Asif Nərimanlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!