Modern.az

Siyavuş Novruzov beynəlxalq qurumlara çağırış etdi

Siyavuş Novruzov beynəlxalq qurumlara çağırış etdi

Parlament

16 Oktyabr 2012, 12:23

Milli Məclisin plenar iclası öz işinə başlayıb. Modern.az-ın məlumatına görə, bugünkü iclasda ilk çıxışı millət vəkili Siyavuş Novruzov edib. Deputat Azərbaycana qarşı dini təzyiqlərin olduğunu bildirərək, beynəlxalq ictimaiyyəti bunun qarşısını almağa çağırıb.

“Bu qanun layihəsi çox gözəl şəkildə təşkil olunub. Hətta dünyanın bir çox beynəlxalq qurumlarının iclaslarında Azərbaycanda qəbul edilən bu qanun bir nümunə kimi göstərilmişdir. Bu yaxınlarda bu qanunla bağlı Dini Etik komissiyasından bizə bir düzəliş göndərilib ki, bu düzəliş qəbul olunmalıdır. Xaricdən gəlib Azərbaycanda hansısa dini ayinləri həyata keçirmək istəyirlər. İmkan versinlər Avropada dini ayinləri başqaları həyata keçirsinlər. Həmin ölkələr hicaba qadağa qoyublar. Bu onu göstərir ki, ayrı-ayrı qurumlar Azərbaycana qarşı qərəzli mövqedədirlər. Hesab edirəm ki, ciddi şəkildə bu məsələ araşdırılıb lazımi cavab verilməlidir”, - deyə S.Novruzov çıxış edib.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü