Modern.az

“Azərbaycanın qələbəsi Pakistanda da qeyd edilib” - Əsəd Qeysər

“Azərbaycanın qələbəsi Pakistanda da qeyd edilib” - Əsəd Qeysər

Parlament

27 İyul 2021, 15:30

“Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib”.

 

Modern.az xəbər verir ki, bunu Pakistan Milli Assambleyanın sədri Əsəd Qeysər Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.

 

O bildirib ki, Bakıda spikerlərlə görüşdə iştirak etməkdən məmnunluq duyur.

 

Ə.Qeysər 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə görə Azərbaycan xalqını təbrik edib:

 

“Bizə xoşdur ki, Pakistan bayrağı Azərbaycan və Türkiyə bayraqları arasında dalğalanır”.

 

Qeyd edək ki, Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilir.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat