Modern.az

İsrail polisi 11 yaşlı fələstinlini güllələdi

İsrail polisi 11 yaşlı fələstinlini güllələdi

Dünya

29 İyul 2021, 01:00

İordan çayının qərb sahilində 11 yaşlı fələstinli uşaq İsrail sərhəd polisi tərəfindən güllələnib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli “Maan” agentliyi məlumat yayıb.

 

Məlumata görə, hadisə Hevron əyalətinin şimalındakı Beyt-Umar kəndinin girişində baş verib. Bildirilir ki, İsrail təhlükəsizlik qüvvələri dəfn mərasimində iştirak etmək üçün atası ilə getdiyi avtomobilə atəş açıblar. Sinəsindən ağır yaralanan uşaq Hevron şəhərindəki xəstəxanaya aparılsa da, aldığı yaralardan orada keçinib.

 
 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat