Modern.az

Cəlilabadda "patı" satanlar saxlanıldı

Cəlilabadda

Aktual

3 Avqust 2021, 11:40

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Z.Ağayev və V.Qurbanov saxlanılıblar.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı araşdırma aparılır

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI