Modern.az

Əhəd Abıyev Kamaləddin Heydərovla görüşüb

Əhəd Abıyev Kamaləddin Heydərovla görüşüb

12 Fevral 2010, 19:09

Bu gün Milli Məclisdə “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara təklif olunan əlavənin müzakirəsi zamanı deputat Əhəd Abıyev də çıxış edib. Bu qanunlara təklif olunan əlavəyə tərəfdar çıxdığını deyən Ə.Abıyev bildirib ki, şəxsi həyata müdaxilədən bir sıra insanlar zərər çəkiblər: “Hesab edirəm ki, bu dəyişiklik təsdiq olunaraq qüvvəyə mindikdən sonra bu sahədəki problemlər öz həllini tapacaqdır. Əlavədə aydın şəkildə göstərilib ki, "Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur". Ə.Abıyev deyib ki, söhbət Azərbaycan vətəndaşının şərəf və ləyaqətinin, onun konstitusion hüququnun qorunması, şəxsi həyatına müdaxilə edilməməsindən gedir. “Amma gərək kütləvi informasiya vasitələri də informasiyanı ictimaiyyətə doğru-düzgün və yerində araşdırıb çatdırsın.

Belə ki, cənab Sədr, bu hadisələrlə bağlı Masallıda olarkən reallığı yerində doğru-düzgün bildikdən sonra hörmətli cənab nazir Kəmaləddin Heydərovla şəxsən görüşdüm. O, təbii fəlakətin Masallıya vurduğu ziyanı yerində dərhal yoxlatdırıb. 57 tam yararsız vəziyyətə düşən fərdi yaşayış evlərinin yenidən əsaslı olaraq tikilməsinə başlayıblar və Novruz bayramına həmin evləri təhvil verəcəklər.

Millət vəkili olaraq nəzərinizə çatdırım ki, ölkə əhalisinin enerjiyə olan tələbatını tam ödəyən infrastruktur var. Ölkədə 10-a yaxın elektrik stansiyası fəaliyyət göstərir”.

Əhəd Abıyev deyib ki, qarlı, çovğunlu günlərdə Dövlət Yol Polisi əməkdaşları iş başında olduqlarından onların əməyi yüksək qiymətləndiriilməlidir. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?