Modern.az

Rusiya istehsalı olan yüzdən çox helikopter “Taliban”a qaldı

Rusiya istehsalı olan yüzdən çox helikopter “Taliban”a qaldı

Dünya

25 Avqust 2021, 17:01

Əfqanıstanda Rusiyada istehsal olunan yüzdən çox müxtəlif tipli Mi-17 helikopteri qalıb. Onlar servis və təmir olunmadan tezliklə sıradan çıxacaq.

 

Modern.az xəbər verir ki, bunu “Rosoboroneksport” kompaniyasının rəhbəri Aeleksandr Mixeyev deyib.

 

“Helikopter parkının vəziyyəti təmir, xidmət və ehtiyat hissələrinin təchizatından asılıdır. Mühəndis və texniki xidmət olmasa, onlar tez bir zamanda uçuş üçün yararsız vəziyyətə düşəcək”, - deyəMixeyev bildirib.

 

Onun sözlərinə görə, Rusiya istehsalı olan Mi-8/17 hərbi nəqliyyat helikopteri silah daşımaqla yanaşı, desant çıxarmaq üçün də istifadə edilə bilər.

 

Qeyd edək ki, avqustun 15-də Kabili ələ keçirən “Taliban” hazırda Pəncşir əyalətindən başqa bütün Əfqanıstan ərazisinə nəzarət edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?