Modern.az

Məcburi vaksinasiyaya ETİRAZ: Afinada qarşıdurma yaşandı

Məcburi vaksinasiyaya ETİRAZ: Afinada qarşıdurma yaşandı

Dünya

29 Avqust 2021, 22:16

Yunanıstanın paytaxtı Afina şəhərində yeni növ koronavirus (COVID-19) əleyhinə məcburi peyvəndləməyə qarşı etiraz aksiyası keçirilib.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, təxminən 5000 etirazçı Yunanıstan parlamentinin binasının önünə toplaşıb.

 

Etiraz zamanı nümayişçilər və polis arasında toqquşma yaşanıb. Polis təzyiqli sudan və gözyaşardıcı qazdan istifdə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?