Modern.az

Musiqiyə  “yox”, idmana “hə” – Taliblərdən QƏRAR

Musiqiyə  “yox”, idmana “hə” – Taliblərdən QƏRAR

Dünya

29 Avqust 2021, 23:44

Əfqanıstanda musiqini qadağan edən "Taliban" hərəkatı ölkə üzrə idman tədbirlərinin bərpa olunduğunu bəyan edib.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" Əfqanıstanın "1TV" kanalına istinadla məlumat yayıb.

 

Ölkədə idman tədbirlərinin konkret hansı tarixdən etibarən bərpa olunacağı açıqlanmayıb.

 

Qeyd edək ki, Əfqanıstan idmancıları Paralimpiya oyunlarında iştirak etmək üçün ötən şənbə günü Tokioya gediblər. İdmançılar paytaxtda çaxnaşamalar başlayan vaxt Kabildən təxliyə olunaraq bir həftə Parisdə qalandan sonra Yaponiyaya yola düşüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?