Modern.az

İqbal Ağazadə: "Milli Məclisdə deputatlar müxalifəti təhqir edirlər"

İqbal Ağazadə: "Milli Məclisdə deputatlar müxalifəti təhqir edirlər"

2 Noyabr 2012, 13:03

“Azərbaycanda azad mətbuat dəstəklənməli və ”Diffamasiya haqqında” Qanun mütləq qəbul olunmalıdır”. Bunu Milli Məclisin payız sessiyasının bugünkü  plenar iclasında çıxış edən millət vəkili İqbal Ağazadə deyib.

Deputat mətbuat əleyhinə olan çıxışları tənqid edib və bu fikirlərlə razılaşmadığını bildirib.

“Parlamentdə təmsil olunan bir sıra deputatlar çıxışlarında müxalifəti dəfələrlə təhqir ediblər. Mən özüm də dəfələrlə iqtidar mətbuatında təhqir olunsam da, məhkəməyə müraciət etməmişəm. “Azadlıq” və “Yeni Musavat” qəzetlərində məhkəmə qərarları ilə bağlı böyük pul cərimələri var. İndiyə qədər onunla bağlı nə araşdırma aparmışıq, nə də maraqlanmışıq. Azərbaycanda azad mətbuat dəstəklənməli və “Diffamasiya haqqında” Qanun qəbul olunmalıdır”, – deyə İqbal Ağazadə qeyd edib. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir