Modern.az

Azərbaycanda ana və uşaq ölümü azalıb

Azərbaycanda ana və uşaq ölümü azalıb

15 Fevral 2010, 15:50

Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyə Nazirliyinin 2009-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclası giriş sözü ilə səhiyyə naziri Oqtay Şirəliyev acıb. Daha sonra 2009-ci ildə ölkə səhiyyəsində görülmüş işlər haqqında Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Soltan Əliyevə danışıb. Modern.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, S.Əliyev ildən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırıldığını bildirib. 2003-cü ildə səhiyyə ehtiyaclarına 59,0 milyon manat ayrılmışdırsa, 2009-cu ildə bu rəqəm 502 milyon manat olub ki, bu da son beş ildə səhiyyənin büdcəsinin 8 dəfə artması deməkdir. 2008-ci illə müqayisədə 2009-cu ildə səhiyyənin büdcəsi 50 %- qədər artıb. S.Əliyev deyib ki, səhiyyədə gedən struktur islahatlar sayəsində uzun illər praktiki fəaliyyət göstərməyən tibb müəssisələrinin bir hissəsinin ixtisarına, çarpayı fondunun azaldılmasına başlanıb. 2009-cu ildə bu iş başa çatdırılıb. “Ən vacib məqamlardan biri odur ki, tibb işçilərinin ixtisarına yol verilməmişdir. Respublikanın rayonları üzrə çarpayı fondu 50-55%, stasionarların sayı 50%-dək azaldılmışdır”. 2009-cu ildə 60-dan artıq tibb müəssisəsinin tikintisi, əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilib. Qəbul olunmuş proqramların həyata keçirilməsi ötən il də uğurla davam etdirilib. Bu proqramlara 2008-ci ildə 47, 2009-cu ildə isə 50 milyon manat vəsait ayrılıb”. Ana və uşaqların sağlamlığının qorunması üçün nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 4-ü (Bakı, Naxçıvan, Gəncə, Lənkəran) artıq istifadəyə verilib. S.Əliyev deyib ki, 2009-cu ili “Uşaq ili” elan edilməsi ilə əlaqədar görülən qabaqlayıcı tədbirlər nəticəsində ana və uşaq ölümü göstəriciləri azalıb. Belə ki, 2008-ci ildə uşaq ölümü göstərici 12,0 promilli olubsa, 2009-cu ildə bu göstərici 11,4-də enib. Ana ölümü əmsalı isə ( 100 min diridoğulana) müvafiq olaraq 26,1-dən 24,3-ə enmişdir. Lakin ana ölümü göstəricisinin səviyyəsi bu gün də Səhiyyə Nazirliyini ən çox narahat edən məsələlərdən olduğu üçün bu məsələyə olduqca ciddi münasibət göstərilir. “Hər bir ana ölümü doğuşayardım komissiyasında təhlil və müzakirə olunur, metodik sənədlər, klinik protokollar hazırlanır, seminarlar, təlimlər keçirilir. Bütün bu səylər də göstəricilərin ildən-ilə daha da azaldılmasına yönəlib. “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində aparılan tədbirlər nəticəsində qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə 2 dəfədən çox artıb və 118 mini keçib. Görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölən xəstələrin göstəricisi 21,7-dən 9,2-yə (hər 100 min nəfər əhaliyə) enib. Talassemiya və hemofiliya xəstəliklərindən ölənlərin sayı xeyli aşağı düşüb. Talassemiya xəstəliyindən ölənlərin sayı 2003-cü ildə mütləq rəqəm 73 olubsa, 2009-cu ildə bu rəqəm 21-ə enib. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması işi xeyli yaxşılaşdırılıb. Hazırda ölkədə 19 dializ mərkəzi fəaliyyət göstərir. Bu günlədə Kliniki Tibbi Mərkəzdə yeni hemodializ şöbəsi açılmışdır ki, bununla da demək olar ki, Azərbaycanda hemodializ problemi həll olunub”. Nazirliyin Kadrlar, elm və təhsil şöbəsinin müdir müavini Rauf Ağayev Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin məlumatına əsasən hazırda ölkənin səhiyyə sistemində 28489 həkim və 56842 orta tibb işçisinin çalışdığını bildirib. ”Respublikanın regionlarında kadr çatışmazlığının aradan götürülməsi, gənc mütəxəssisləri işlə təmin etmək məqsədilə Azərbaycan Tibb Universitetini bitirən məzunlar iş yerlərinə təyinat alaraq, səhiyyə idarələrinin nəzdinə yox, bilavasitə vakant yerlərə əsasən tibb müəssisələrinə göndərilirlər”. Sanitar - Epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov respublikada idarə olunan xəstəliklərdə polimelit, məxmərək, qızılca, kimi xəstəliklər 2009-cu ildə qeydə alınmayıb. Difteriya, göy öskürək və tetanus kimi yoluxucu xəstəliklər isə sporadik şəkildə qeydə alınıb. Aparılmış tədbirlər nəticəsində 2009-cu ildə 2008-ci illə müqayisədə qida zəhərlənmələri 40%, zərərçəkənlərin sayı isə 50%-dək azalıb. “Əhalinin narahatçılığına səbəb olmuş, eyni zamanda ÜST tərəfindən pandemiya elan edilmiş A/H1N1 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə Taun Əleyhinə Stansiyanın laboratoriyasında 2772 laborator müayinə aparılıb və 14 nəfərin bu virusa yoluxması təsdiq edilib. Bütün xəstələr sağalaraq evə buraxılıblar. Bundan əlavə ÜST tərəfindən ayrılmış yüksək keyfiyyətli vaksinlə əhalinin risk qruplarının immunlaşdırılması tədbirlərinə başlanılıb”. İclasın sonunda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev səhiyyədə olan bütün nöqsanların aradan qaldırılması, bu sahədə hələ görüləcək işlərin çox olduğunu vurğulayıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir