Modern.az

Mədəniyyət komitəsi sabah bu məsələləri müzakirə edəcək

Mədəniyyət komitəsi sabah bu məsələləri müzakirə edəcək

Aktual

13 Sentyabr 2021, 09:55

Sabah Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçiriləcək. 

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

 

1.Mədəniyyət komitəsində 2021-ci ilin yaz və növbədənkənar  sessiyaları dövründə görülən işlər barədə hesabat. 

 

2.Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi.

 

3.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra Haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir