Modern.az

BMT Koreya yarımadasında raket atılmasından narahatdır

BMT Koreya yarımadasında raket atılmasından narahatdır

Dünya

15 Sentyabr 2021, 21:31

BMT Koreya yarımadasında vəziyyətin gərginləşməsindən narahatdır.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik məlumat verib.

 

“Son hadisələrdən narahatıq. Daha əvvəl də qeyd etdiyimiz kimi, diplomatik əlaqələr sülhə nail olmaq üçün yeganə yoldur”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, bu gün Şimali Koreya (KXDR) dənizə doğru iki ballistik raket buraxıb. Daha sonra Cənubi Koreya sualtı qayıqdan buraxılan ballistik raketini sınaqdan keçirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi