Arxiv
16 Fervral 2010, 16:37 | PARLAMENT
“ABŞ Konqresinə müraciətimizi 24 apreldən xeyli əvvəl ünvanlamalıyıq”

Parlamentin sonuncu iclasında cari məsələlərin müzakirəsi zamanı birinci vitse-spiker, Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov 24 aprel uydurma erməni soyqırımı ilə bağlı ABŞ Konqresinə müraciət edərək, bu məsələnin sözügedən qurumda müzakirəsinin yolverilməz olduğunu bəyan edib. Qeyd edək ki, birinci vitse-spikerin bu təklif xarakterli müraciəti həmin vaxt bitərəf millət vəkili Qənirə Paşayeva tərəfindən də dəstəklənib. Millət vəkili daha irəli gedərək bu yöndə müraciətin bütövlükdə parlament və parlamentarilər adından ABŞ Konqresinə ünvanlanmasının vacibliyini dilə gətirib. Modern.az xəbər verir ki, Q.Paşayeva bir daha məlum təklifin üzərində qaldığını və israr etdiyini bildirib. Onun sözlərinə görə, uydurma erməni soyqırımı ilə bağlı ABŞ Konqresində hər hansı bir müzakirə yolverilməz və qəbul edilməzdir. Eyni zamanda, bunun yolverilməzliyi ilə bağlı mütləq MM və deputatlar adından ABŞ Konqresinə etiraz xarakterli müraciət ünvanlanmalıdır: “Ümumiyyətlə, uydurma erməni soyqırımı ilə bağlı təzyiqləri, təhdidləri tək Türkiyəyə yönələn təzyiqlər, təhdidlər kimi qəbul etməməliyik. Bu, elə biz qarşı da yönələn təzyiqlər və təhdidlərdir. Çünki Azərbaycan vətəndaşı olan hər hansı bir insan da heç cür razılaşa bilməz ki, yalan-yanlış iddialarla onun millətinin – türklərin ünvanına xoşagəlməz ifadələr işlədilsin və onu olmayan hadisələrdə günahlandırsınlar. Parlamentdə də birinci vitse-spiker tərəfindən ABŞ Konqresində uydurma erməni soyqırımının müzakirəsinin qəbuledilməzliyi ilə bağlı həmin quruma ünvanlanmış müraciət dilə gətirildi. Eyni zamanda, mən də həmin iclasda çıxışım zamanı bu müraciəti dəstəkləməklə yanaşı, parlamentarilər və MM adından ABŞ Konqresinə ayrıca müraciətin ünvanlanmasının vacibliyini dilə gətirdim. O zaman da, indi də hesab edirəm ki, biz – millət vəkilləri olaraq hamımız birlikdə ABŞ Konqresinə belə bir müraciəti aprelin 24-dən xeyli əvvəl etsək, bu, çox məqsədəmüvafiq olar. Müraciət etməliyik ki, bunlar yalan iddialardır, doğru iddialar deyil və siz bu yalan iddiaları dəstəkləməklə ədalətsizlik etməklə yanaşı, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsində özünüzün obyektivliyinizi bəribaşdan kölgə altına salmış olursunuz. Artıq siz bununla göstərirsiniz ki, hansısa tərəfin mövqeyini tutursunuz. Bu baxımdan, çox önəmli olardı ki, aprelin 24-dən əvvəl biz bu müraciəti çox əsaslandırılmış şəkildə ABŞ Konqresinə ünvanlayaq və göndərək. Onu da nəzərinizə çatdımaq istəyirəm ki, bir müddət əvvəl bir qrup millət vəkili ABŞ-da səfərdə olduq. Biz o səfər zamanı görüşlərimizdə də bir çox məsələləri Amerika ictimaiyyətinin və onun təmsilçilərinin nəzərinə çatdırdıq. Mən eyni zamanda istəyirəm, Azərbaycanın xarici ölkələrdəki, xüsusilə ABŞ-dakı diasporuna, diaspor təşkilatlarına səslənim. Onlara səslənərək demək istəyirəm ki, xarici ölkələrdə, xüsusilə ABŞ-da yaşayan həmvətənlərimiz, insanlarımız, vətəndaşlarımız öz yaşadıqları, fəaliyyət göstərdikləri bölgələrdə, ştatlarda fəal, aktiv olsunlar. Öz bölgələrinin konqresmenlərinə müraciət etsinlər, getsinlər, görüşsünlər, bu məsələ ilə bağlı fikirlərini çatdırsınlar. Bu məsələdə nə qədər böyük ədalətsizliyə yol verə biləcəklərini və verdiklərini onların nəzərlərinə çatdırsınlar, bildirsinlər, vurğulasınlar. Bunun, ümumiyyətlə, bölgədəki vəziyyətə, Qarabağ münaqişəsinin sülh, danışıqlar yoluyla tənzimlənməsi prosesinə nə qədər böyük bir mənfi təsir göstərəcəyini və göstərdiyini ABŞ Konqresmenlərinin üzlərinə söyləsinlər. Elə bilirəm ki, bu məsələdə ABŞ-dakı diasporumuzun və diaspor təşkilatlarımızın daha çox aktiv, fəal olmasına ehtiyac var. Düzdür, bizim də müracitəimiz önəmlidir, ancaq bizim xarici ölkələrdə, o cümlədən ABŞ-da vətəndaş olan insanlarımızın çəkisi, mövqeyi, rolu daha önəmlidir. Ən əsası, onlar öz ölkələrində səsvermə, seçib-seçmək hüququna malikdirlər. Ona görə mən onlara da səslənirəm ki, aprel ayının 24-dən əvvəl öz aktivliklərini, fəallıqlarını artırsınlar. Bu yerdə qeyd edim ki, bir sıra supergüclər və beynəlxalq dairələr Türkiyə ilə Ermənistan arasında imzalanan məlum protokolların parlamentdən də keçməsini istəyirlər və bunun üçün hər cür imkanlardan, vasitələrdən yararlanmağa, təzyiq rıçaqlarını işə salmağa çalışırlar. Bütün bunlara rəğmən, şəxsən mən ümid edirəm və inanıram ki, ən azı, qardaş Türkiyə dövləti, onun parlamenti buna razı olamayacaq, amma təbii ki, bu təzyiqlərin azaldılması istiqamətində öz dəstəyimizi, əlimizdən gələni də əsirgəməməliyilk. Odur ki, bir daha aprelin 24-nə kimi uydurma erməni soyqırımının müzakirəsinin yolverilməzliyi ilə bağlı parlament adından ABŞ Konqresinə müraciət ünvanlanmasını məqsədəuyğun sayıam və bunun üzərində təkid, israr edirəm”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer SAXLANILDI 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10