Modern.az

İran hərbçiləri yenə “Bozqurd salamı” verir -FOTO

İran hərbçiləri yenə “Bozqurd salamı” verir -FOTO

3 Oktyabr 2021, 14:35
“Xeybər fatehləri” təliminə qatılan İran hərbçiləri yenə “Bozqurd salamı” verir.
 
 
Modern.az xəbər verir ki, İranın Azərbaycan sərhədləri yaxınlığında davam edən “Xeybər fatehləri” genişmiqyaslı hərbi təlimlərinə cəlb olunmuş hərbçilərdən daha ikisinin “Bozqurd salamı” işarəsi ilə fotosu yayılıb.
 
 
Sosial şəbəkələrdə yayılan fotolar Türkiyə KİV-lərinin diqqətini cəlb edib.
 
 
Fotolarda hərbçilərin üzləri bağlıdır, onlardan biri maskalıdır və əli ilə “Bozqurd” işarəsi göstərir. Bunlar çox güman ki, Təbrizdən və ya digər Cənubi Azərbaycan şəhərlərindən olan hərbçilərdir. Bu kadrlar heç şübhəsiz ki, İran ordusunun komandanlığını məmnun etmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi