Arxiv
18 Oktyabr 2021, 15:15 | MƏDƏNİYYƏT
Şəhid ailələrini dinə alət edənlərə ETİRAZ

“Təəssüflə qeyd etmək lazımdır ki, müəyyən bir qrup tərəfindən şəhid ailələrini dindarlaşdırma kimi açıq cəhdlər özünü göstərir. Biz dünyəvi dövlətik, hamı dini qaydalara əməl etməyə də bilər. Hər bir şəhid ailəsinin seçiminə hörmətlə yanaşılmalıdır”.


Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov şəhid ailələrinə yönəlik arzuolunmaz dini cəhdlər barədə danışarkən deyib.



Deputatın sözlərinə görə, bu mövzuda sanki dinlə milli kimlik qarşı-qarşıya gətirilir:

 

“Bu kimi prosesləri uzun zamandır izləyirəm. Şəhidlər hamımızındır, dinindən asılı olmayaraq. Bizim elə şəhidlərimiz var ki, onlar xristian, yəhudi dininin nümayəndəsidir. Bəli, dinimizdə şəhidlik uca məqam sayılır, şəhid mərtəbəsinə ucalmaq da hər kəsə qismət olmur”.

 

 

Amma təəssüf ki, bu məsələdə arzuolunmaz cəhdlər müşahidə olunur. Şəhidləri, şəhid ailələrini hər hansı dini obraza salmaq yolverilməzdir. Burada sanki dinlə milli kimlik qarşı-qarşıya gətirilir. Belə bir cəhdi açıq şəkildə hiss edirik. Bu məsələdə diqqətli olmalıyıq, dinimizi sevirik, qəbul edirik. Amma şəhid ailələri arasında bu istiqamətdə təbliğat aparmaq, məsələyə dini don geyindirmək xoşagəlməz addımlardı. Hər kəsin öz seçimi var, kim istəyirsə dini həyat tərzi yaşaya bilər, amma o donu ona kənar təzyiqlərlə geyindirmək düzgün deyil. Biz dünyəvi dövlətik, hamı dini qaydalara əməl etməyə də bilər. Hər kəsin seçiminə hörmətlə yanaşılmalıdır. Düşünürəm ki, məsələni diqqət mərkəzində saxlamalıyıq, qoy kimsə şəhid ailələrini inhisara almış kimi çıxış etməsin”.

 

 

 “Zəfər” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib ki, bizim mübarizəmiz vətən üçündür, bundan sonra da belə olacaq:



“Mən düşünürəm ki, bizim övladlarımız, yaxınlarımız Azərbaycanın ərazi bütövlüyü naminə döyüşdülər və bu yolda da şəhid oldular. Şəhid ailələri öz yaxınlarını qurban verdilər ki, Azərbaycan bütöv olsun. Burada hər hansı bir din məsələsinin axtarılması heç bir məqsədə uyğun deyil. Bizim mübarizəmiz vətən üçündür, son damla qanımıza qədər vuruşmağı gözə aldıq. Çünki 30 ildir ki, mənfur düşmənlə üzbəüz idik. Vətən müharibəsinə hər hansı kölgə salmaq, ideologiyasını dəyişmək bizim xalqımıza yaraşan hərəkət deyil. Azərbaycan ərazisində yaşayan hər bir dinin nümayəndəsindən şəhidlər olanlar var.

 

Onların hamısının bir məqsədi vardı ki, Azərbaycan bütöv olsun. Bu gün şəhid ailələrimiz arasında azərbaycançılıq məfkürəsinə uyğun olmayan təbliğat aparmaq, ailələrə təzyiq göstərmək, hər hansı mənfur məqsədləri həyata keçirmək dövlətçiliyimizə vurulan zərbədir. Mən bütün şəhid ailələrindən çox xahiş edirəm ki, bilsinlər, bizim şəhidlərimiz vətən yolunda canlarını fəda ediblər. Bizim yolumuz bundan sonra sadəcə bir olmalıdı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Şəhid xanımından ETİRAZ 6 Dekabr 2021, 13:30 Rusiya - Ukrayna cəbhəsi yenidən ALOVLANIR - Hər an müharibə başlaya bilər 6 Dekabr 2021, 13:25 Mir Möhsün Nəvvabın Cıdır düzündə yerləşən məzarı bərpa olundu 6 Dekabr 2021, 13:20 Ov qaydalarını pozanlar cəzalandırıldı 6 Dekabr 2021, 13:15 Ərdoğan BƏƏ-yə səfər edəcək 6 Dekabr 2021, 13:10 Köçkünlərin statusu ilə bağlı qanun layihəsi hökumətə təqdim olundu 6 Dekabr 2021, 13:06 Ukrayna-Rusiya sərhədini qanunsuz keçmək istəyən azərbaycanlılar SAXLANILDI 6 Dekabr 2021, 13:00 Rusiyada daha 1184 nəfər koronavirusdan ÖLDÜ 6 Dekabr 2021, 12:55 Azərbaycan yeni silahlar istehsal edəcək 6 Dekabr 2021, 12:50 Bakı və Sumqayıtda pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK 6 Dekabr 2021, 12:45 Sabaha gözlənilən hava PROQNOZU 6 Dekabr 2021, 12:40 Azərbaycan Finlandiyanı təbrik etdi 6 Dekabr 2021, 12:36 “Koronavirusu çinlilər icad etməyib” - Məşhur alim 6 Dekabr 2021, 12:32 Aziz Sancar İlham Əliyevlə görüşündən danışdı 6 Dekabr 2021, 12:29 Səlim Müslümovun həbs müddəti uzadıldı 6 Dekabr 2021, 12:27 Rusiya sülhməramlılarından Ağdərə AÇIQLAMASI 6 Dekabr 2021, 12:24 Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANDI 6 Dekabr 2021, 12:20 BirKart hədiyyə qazandırır  6 Dekabr 2021, 12:15 “Azərbaycanlı alimlərlə işləmək planım yoxdu” 6 Dekabr 2021, 12:12 Vətən müharibəsinin qazi müəllimi insultdan öldü 6 Dekabr 2021, 12:10 Prezident Vüqar Gülməmmədovla bağlı sərəncam İMZALADI 6 Dekabr 2021, 12:05 “Vətənpərvərlik qazanc yeri deyil” - Əkrəm Əylisli 6 Dekabr 2021, 12:00 Azad olunmuş ərazilərdə maliyyə-bank xidmətləri yaradılır 6 Dekabr 2021, 12:00 “Qarabağda yıxılmayan bir bina görmədim” 6 Dekabr 2021, 11:58 Azad edilmiş ərazilərdə daha 30 mina AŞKARLANDI 6 Dekabr 2021, 11:55 İlham Əliyev 9 nəfərə fəxri ad verdi - SƏRƏNCAM 6 Dekabr 2021, 11:50 “Türk dünyası güclü olarsa, nə masada, nə də meydanda məğlub olar” – Aziz Sancar   6 Dekabr 2021, 11:45 Prezident bu şəxsləri təltif etdi - SİYAHI 6 Dekabr 2021, 11:40 “Amerikada zəncilər alt təbəqədir” - Nobel mükafatçısı 6 Dekabr 2021, 11:36 Prezident olmaqdan könüllü imtina etdim - Nazarbayev 6 Dekabr 2021, 11:30 Helikopter qəzasında şəhid olan hərbçilərin vərəsələrinə veriləcək sığorta ödənişlərinin həcmi AÇIQLANDI 6 Dekabr 2021, 11:24 “Arzu etmişdim ki, Şuşada namaz qılım” - Aziz Sancar 6 Dekabr 2021, 11:18 426 nəfər xarici vətəndaş Azərbaycanda yaşamaq istəyir 6 Dekabr 2021, 11:12 13 yaşlı oğlan Qusarda dağdan yıxılıb ÖLDÜ 6 Dekabr 2021, 11:06 Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur 6 Dekabr 2021, 11:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?