Modern.az

Bir həftədə “Laçın dəhlizi”ndən Qarabağa 200 tranzit avtomobili keçib - RƏSMİ

Bir həftədə “Laçın dəhlizi”ndən Qarabağa 200 tranzit avtomobili keçib - RƏSMİ

Qarabağ

21 Oktyabr 2021, 13:40

Rusiya hərbçiləri Yerevandakı “Erebuni” aerodromundan Xankəndiyə “Laçın dəhlizi” vasitəsilə 10 ton humanitar yük gətiriblər.

 

Bir həftə ərzində Laçın dəhlizindən Dağlıq Qarabağa və əks istiqamətə 200-dən artıq tranzit nəqliyyat vasitəsinin və 1000-ə yaxın adamın təhlükəsiz gəliş-gedişi təmin olunub.

 

Modern.az xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

 

Məlumatda deyilir ki, 27 müşahidə postu avtomobil nəqliyyatı və adamların Qarabağa və əks istiqamətə təhlükəsiz gediş-gəlişini sutka boyunca təmin edir.

 

O da qeyd olunur ki, “mümkün provokasiyaların qarşısını almaqdan ötrü” bütün avtonəqliyyat vasitələri yoxlanır. “Müəyyən günlərdə postdan tikinti materialları olan avtomobil karvanları keçir, onları Rusiya sülhməramlı kontingentinin hərbi polis bölmələri müşayiət edir”, – kontingentin təmsilçisi Yevgeni Mişin deyib.

 

Müdafiə Nazirliyi postların hamısında videomüşahidə kameralarının yerləşdirildiyini qeyd edib.

 

Laçın dəhlizində və Qarabağda ümumilikdə 27 müşahidə postunun qurulduğu vurğulanıb.

 

Ötən il noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalayıb. Sənədə əsasən, 44 gün davam edən hərbi əməliyyatlar dayanıb, Laçın dəhlizi və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi