Modern.az

Flora Kərimova: “Qorxuram ki, Facebook-da mənim adımdan pis statuslar yaysınlar”

Flora Kərimova: “Qorxuram ki, Facebook-da mənim adımdan pis statuslar yaysınlar”

Mədəni̇yyət

24 Noyabr 2012, 13:30

“Mənim düşmənlərim çoxdur. Ola bilsin ki, mənim adımdan sosial şəbəkələrdə nəsə edərlər və nüfuzuma zərər gələr”. Bu sözləri Modern.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib.

F.Kərimova qeyd edib ki, onun adına Facebook-da səhifə açan insanlar var. “Mən o insanlara inanıram. Kompüterdən başım çıxmadığı üçün özüm baxa bilmirəm. Bəlkə kimsə qıraqdan nəsə pis şey paylaşır, onu bilmirəm. Məni sevən insanlar çalışırlar ki, buna diqqət etsinlər və hər şey yaxşı olsun”.

Xalq artisti “amma mən bilmirəm ki, nə paylaşırlar, hansı şəkillərimi qoyurlar. Onu mənə göstərmirlər. Əgər hansısa şəkil sizləri narahat edirsə, iradınız varsa? mənə deyin, mən axtarım, yoxlayım”, – deyə qeyd edib.

Flora Kərimova bu məsələ ilə əlaqədar öz tamaşaçılarına səslənib: “Çox xahiş edirəm, əgər mənim adımdan paylaşılanlar arasında sizlərin ürəyini bulandıran şəkillər varsa və ondan mənim xəbərim yoxdursa, bunu mənə deyin”.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü