Modern.az

Milli Məclis noyabrın 30-da büdcəni təsdiqləyəcək

Milli Məclis noyabrın 30-da büdcəni təsdiqləyəcək

Parlament

24 Noyabr 2012, 14:10

Modern.az saytının məlumatına görə, Milli Məclisin dövlət büdcəsinə daxil olan sənədlərin müzakirəsindən sonra təklif və iradların nəzərə alınması üçün Nazirlər Kabinetinə verdiyi müddət noyabrın 30-da başa çatır.

Parlamentdən saytımıza bildirilib ki, noyabrın 30-da Milli Məclisin büdcə məsələsinə dair iclası keçiriləcək və iclasda Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi zərfinə daxil olan saənədlər təsdiqlənəcək.

Bura "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında", “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında", “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında, “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar