Modern.az

“Maqsud İbrahimbəyovla Rüstəm İbrahimbəyov tamamilə fərqli insanlardır”

“Maqsud İbrahimbəyovla Rüstəm İbrahimbəyov tamamilə fərqli insanlardır”

Parlament

24 Noyabr 2012, 15:40

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Arif Rəhimzadə Rusiyada azərbaycanlı oliqarxların yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı barədə Modern.az saytına danışıb.
Deputat qeyd edib ki, uzun müddət Azərbaycanda olmadığından bu məsələ barədə o qədər də məlumatlı deyil.

Arif Rəhimzadə Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçilərindən olan tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovla bağlı mövqeyini də açıqlayıb. O, Rüstəm İbrahimbəyovu qardaşı, Milli Məclisin sabiq deputatı Maqsud İbrahimbəyovla müqayisə edib.

“Maqsud İbrahimbəyovla Rüstəm İbrahimbəyovu heç zaman eyniləşdirmək olmaz. Hesab edirəm ki, onlar başqa-başqa düşüncə sahibləridirlər. Bu barədə çox şey deyə bilərəm. Onlar qardaş olsalar da, tamamilə fəqli insanlardır. Maqsud harda olursa-olsun Azərbaycanın mövqeyini, milli maraqlarını hər şeydən yüksəkdə tutur. Məncə bu dediklərim kifayətdir...”.

Qeyd edək ki, Arif Rəhimzadə həm də Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!