Modern.az

Yoluxma azaldı - 27 nəfər öldü

Yoluxma azaldı - 27 nəfər öldü

Hadisə

1 Noyabr 2021, 19:00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 532 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 495 353 nəfər müalicə olunaraq sağalıb, 7 101 nəfər vəfat edib. 30 116 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 161, bu günə qədər isə ümumilikdə 5 202 697 test icra olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?