Modern.az

Fərid Şahbazlı yeni sayt açdı

Fərid Şahbazlı yeni sayt açdı

30 Noyabr 2012, 14:23

“Əminəm ki, Editor.az ümidlərimizi doğruldacaq”

Qaynar.info Milli Xəbər Portalının kollektivi yeni layihəyə start verərək, Editor.az İnformasiya Portalını təsis ediblər. Bu barədə açıqlama verən Qaynar.info-nun keçmiş baş redaktoru və Editor.az İnformasiya Portalının təsisçisi və baş redaktoru Fərid Şahbazlı Modern.az-a bildirdi ki, onlar yeni adla fəaliyətlərini davam etdirsələr də, saytın dizaynında və kollektivində heç bir dəyişiklik olmayacaq:

“Saytın dizaynı olduğu kimi qalacaq. Redakasiya heyəti də əvvəlki tərkibdə fəaliyyət göstərəcək. Sadəcə dəyişən addır. Qaynar.info vasitəsilə biz sübut etdik ki, gənclərdən formalaşmış bir komandayla ortaya real nəticələr qoymaq və ölkənin ictimai-siyasi dairələri tərəfindən ciddi informasiya resursu kimi qəbul olunmaq olar. Amma mən gəncəm, daima yenilik, dəyişiklik axtarışındayam. Artıq 3 ildir ki, bu sayta rəhbərlik edirəm. Hesab elədim ki, indi sıfırdan yeni bir portal yaradıb və onu cəmiyyətə bir brend kimi təqdim etmək gücündəyəm. Eyni zamanda çoxdan milli “.az” domeni altında bir informasiya resursu yaratmaq arzusundaydım. Həm də yeni ad yeni manevrlər imkanı verdiyi üçün yeni bir layihəyə başlamaq qərarını qətiləşdirdim. Şübhəm yoxdur ki, oxucularımızın və sadiq dostlarımızın dəstəyi ilə Editor.az informasiya portalı ümidlərimizi doğruldacaq və Qaynar.info-nun sələfi olaraq onun əldə etdiyi uğurlardan daha ciddi naliyyətlər qazanacaq”.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir