Modern.az

Parlament müxbiri iş yerini dəyişdi

Parlament müxbiri iş yerini dəyişdi

Media

30 Noyabr 2012, 16:42

“Azəri-Press Agentliyi”nin (APA) parlament müxbiri Pərvin Abbasov çalışdığı iş yerindən ayrılıb. Modern.az-a açıqlamasında Pərvin Abbasov APA-nı tərk etdiyini təsdiqləyib. Amma o yeni iş yeri barədə hələlik ətraflı danışmaq istəməyib.

Mətbuat sahəsindən uzaqlaşmadığını vurğulayan jurnalist başqa bir media qurumuna rəhbər vəzifəyə təyin olunduğunu deyib. O, həmin layihə ilə bağlı təqdimatın olacağını əsas gətirərək bu barədə danışmayıb.

Pərvin Abbasov APA-dan əvvəl "Xalq Cəbhəsi" və "Vətəndaş həmrəyliyi" qəzetlərində, "lent.az" saytında çalışıb.

Anar Kəlbiyev  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!