Modern.az

Soçi razılaşması Ermənistanı uçurumdan xilas edə bilər

Soçi razılaşması Ermənistanı uçurumdan xilas edə bilər

27 Noyabr 2021, 14:38

Dünən Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə üçtərəfli görüşü keçirildi. Görüşdə Qarabağ məsələləri, kommunikasiyaların açılması müzakirə edildi.

 

Maraqlıdır, Soçi görüşündəki danışıqlar bölgə üçün nə vəd edir?

 

Milli Məclisin deputatı Asim Mollazadə Modern.az-a açıqlamasında deyib ki, Soçidə baş tutan görüş Ermənistan rəhbərliyinin qarşısında yol xəritəsi çəkdi:

 

“Dünən keçirilən görüşdə növbəti dəfə Ermənistana 10 noyabrda imzaladığı bəyanatda üzərinə götürdüyü öhdəliklər təqdim olunub. Paşinyan sülh prosesində zəruri addımlar atmalıdır. Mən düşünürəm ki, bu razılaşmalar əslində bölgədə normal əməkdaşlıq və əmin-amanlıq şəraiti yarada bilər.

 

Paşinyanın üzərində məsuliyyət ona görə çoxdur ki, erməni xalqı iki dəfə müharibəyə yox deyib”.

 

Deputatın sözlərinə görə, bu razılaşmalar Ermənistanı sosial-iqtisadi uçurumdan da xilas edə bilər:

 

“Ermənistan kommunikasiyaları açmalıdı, sərhədləri demarkasiya, delimitasiya etməli, ərazi iddialarına son qoymalıdır. Bu zaman Ermənistanın normal dövlətə çevrilməyi üçün şansı yaranar. Bu iqtisadi-sosial sahədə Ermənistanı xilas edə bilər.

 

Görüşdə Rusiya da öz maraqlarını açıq şəkildə ifadə etdi. Kommunikasiların açılmağı, bölgədəki sabitlik Rusiyanın maraqlarına uyğundur.

 

Hesab edirəm ki, dünənki görüş normal mühitin yaranmağı üçün addım idi”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir