Modern.az

“Omikron” - Yeni ştamm barədə nələr məlumdur?

“Omikron” - Yeni ştamm barədə nələr məlumdur?

27 Noyabr 2021, 22:58

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə Cənubi Afrika Respublikasında aşkar edilən B.1.1.529 koronavirus variantını həyəcanverici variant kateqoriyasına daxil edib və bu ştamma yunan əlifbasının 15-ci hərfi olan “Omikron” adını verib.

 

Təşkilat bildirib ki, variantın xüsusiyyətlərini tam başa düşmək bir neçə həftə çəkə bilər.

 

Avropada ilk yoluxma dünən Belçikada qeydə alınsa da, Almaniya və Çexiya hər biri “Omikron” variantı olduğundan şübhələndikləri bir yoluxma aşkarladıqlarını açıqlayıblar. Almaniyadakı yoluxmanın Cənubi Afrika Respublikasından, Çexiyadakı yoluxmanın isə Namibiyadan olduğu bildirilib.

 

Türkiyə, Böyük Britaniya, Aİ, Avstraliya, Kanada və ABŞ da daxil olmaqla bir çox ölkə Cənubi Afrika Respublikası və onun bəzi qonşularından səyahəti qadağan edib və ya məhdudlaşdırıb.

 

“BioNTech” və “Moderna” şirkətləri hazırkı peyvəndlərinin yeni varianta təsirini öyrənməyə başladıqlarını açıqlayıb. ÜST-ünbəyanatı bütün dünyada birja bazarlarına təsir edib.

 

Yeni ştamm haqqında ən vacib məlumat onun çox mutasiyaya uğramasıdır.

 

Cənubi Afrika Xəstəliklərə Nəzarət və Tədqiqat Mərkəzinin rəhbəri Tulio de Oliveyra bu ştammda “qeyri-adi mutasiya kombinasiyası”nın olduğunu bildirib. O qeyd edib ki, bu variant əvvəllər dövriyyədə olan variantlardan çox fərqlidir.

 

Mətbuat konfransında tapıntıları açıqlayan Oliveyra virusun yeni ştammında 50 mutasiya olduğunu və onlardan 30-dan çoxunun virusun xarici səthindəki zülal çıxıntılarında aşkar edildiyini bildirib. Bu çıxıntılar virusun bədəndəki sağlam hüceyrələrə daxil olmasında mühüm rol oynayır və buna görə də hazırkı koronavirus peyvəndləri bu çıxıntıları zərərsizləşdirməyi hədəfləyir.

 

Virusun sağlam hüceyrələrimizlə ilk təması quran hissələrinə yaxından baxdığımızda bu hissədə orijinal virusla müqayisədə 10 fərqli mutasiya olduğu görülür. Əslində, hər mutasiya mütləq mənfi deyil. Burada bu mutasiyaların nə etdiyini dəqiq başa düşmək vacibdir.

 

Burada ən vacib narahatlıq doğuran məqam, yeni virusun Çinin Uhan şəhərində ortaya çıxan orijinaldan çox fərqli olmasıdır. Bu, Uhan virusuna əsaslanan vaksinlərin yeni varianta qarşı nə dərəcədə təsirli olacağına dair ciddi şübhələr yaradır.

 

Yeni ştammda bəzi mutasiyalar köhnə variantlarda da müşahidə olunub. Bu, dəyişikliklərin yeni ştamma necə təsir göstərə biləcəyi barədə fikir verə bilər.

 

Məsələn, N501Y adlı mutasiya virusun daha sürətli yayılmasına səbəb olur. Bədənimizdəki antikorların virusu tanımasını çətinləşdirən və peyvəndlərin təsirini zəiflədən bəzi mutasiyalar var. Lakin bəzi mutasiyalar tamamilə sonuncu ştamma xasdır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub