Modern.az

3 səfirin Qarabağa gecikmiş səfərinin PƏRDƏARXASI

3 səfirin Qarabağa gecikmiş səfərinin PƏRDƏARXASI

5 Dekabr 2021, 11:00

Ötən günlərdə ABŞ səfiri Örl Litzenberqer və Böyük Britaniya səfiri Ceyms Şarp, Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun başçılıq etdiyi nümayəndə heyəti Ağdamda səfərdə olub.


ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger, həmçinin, Tərtərin Səhlabad və Əskipara kəndlərinə və Zəngilana gedib.


Səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib.


Xatırladaq ki, ABŞ, Rusiya və Fransa səfirləri Azərbaycan hökumətinin diplomatik korpusla birgə ikinci Qarabağ müharibəsi zamanı azad edilmiş Şuşa şəhərinə dəvətindən imtina etmişdilər. Bununla da ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin mövqeyi Azərbaycanda ictimai etiraza səbəb olmuşdu.

 

Bəs onların indiki halda işğaldan azad edilən ərazilərə səfər etməsi nə ilə bağlıdır?

 

Siyasi ekspert Fikrət Sadıqov Modern.az-a açıqlamasında bildirib ki, artıq hər kəs reallıqla barışıb:

 


“İlk növbədə bu ölkələrin səfirləri səfərlərdən yayınırdılar. Səbəb sadə idi. Onlar hesab edirdilər ki, bu kampaniya xarakteri daşıyan səfərlərdir və bir neçə müddətdən sonra bitəcək. Sonradan başa düşdülər ki, onlar yanılırlar. Ölkəmizin bir çox işğal altında qalan əraziləri vandalizm nəticəsində məhv edilib. Dağıntılar elə dərəcəyə gəlib çatıb ki, xarici jurnalistlər və qonaqlar o dağıntıları görüb dəhşətə gəlirlər. Elə səbəblərdən biri də bu ola bilər.

 


Eyni zamanda, ABŞ və Böyük Britaniya başa düşür ki, Azərbaycan öz ərazilərini azad edib. Uzun illər ABŞ və Fransa ATƏT-in Minsk qrupunda həmsədr olsa da, münaqişədə heç bir nəticə əldə etməmişdi. Onlar başa düşdü ki, Azərbaycan özü bunu edibsə, bundan imtina etmək, görməmək iki qat siyasi səhvdir. Bu səbəblər onları Ağdama getməyə vadar edən səbəblərdir".

 


"Digər tərəfdən də, nəzərə almaq lazımdır ki, üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu digər ərazilərimizdən fərqli olaraq, heç bir döyüş aparılmadan düşmən tapdağından azad edilib. Eyni ilə  Kəlbəcər, Laçın rayonu da müharibə olmadan Azərbaycana, yəni öz sahiblərinə geri qaytarıldı. Şübhəsiz ki, bu rayonların azad edilməsi prosesində, bütün bu amillər də onlar tərəfindən nəzərə alınıb. Amma biz deyə bilərik ki, həmin ölkələrin səfirlərinin işğaldan azad olunmuş ərazilərimizə səfəri bu deməkdir ki, Azərbaycanın qələbəsini artıq Qərb də qəbul edir", - deyə ekspert bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?