Modern.az

Ağdam və Cəbrayılda məktəb tikiləcək

Ağdam və Cəbrayılda məktəb tikiləcək

9 Dekabr 2021, 12:55

“Ağdam və Cəbrayılda məktəblərin layihələndirmə prosesi başlayıb. Yəqin ki, yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir”.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

E.Əmrullayev deyib ki, bu çox ciddi və böyük prosesdir:

 

“Həmin bölgələrdə məktəb layihələri ən yaxşı layihələrdəndir. Həm Ağdam, həm də Şuşa məktəbi özünün müasirliyi və arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir təhsil müəssisələrindən olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir