Modern.az

Londonda "Omicron"a görə fövqəladə vəziyyət

Londonda

Dünya

18 Dekabr 2021, 21:12

Böyük Britaniyanın paytaxtı London şəhərinin meri Sadiq Xan yeni növ koronavirusun (COVID-19) "Omicron" ştammına yoluxma sayının artmasına görə fövqəladə vəziyyət elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

O, paytaxtda son günlər xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayında artım müşahidə olunduğunu vurğulayıb.

 

“Son 24 saatda pandemiyanın başlanğıcından bəri ölkə üzrə ən çox yoluxma halını gördük”, - deyə mer vurğulayıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə