Modern.az

Paşinyan Makronu təbrik etdi

Paşinyan Makronu təbrik etdi

Dünya

21 Dekabr 2021, 12:10

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona ad günü münasibətilə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, Fransa lideri çərşənbə axşamı 44 yaşını qeyd edir.


Paşinyan erməni xalqı adından və öz adımdan Makronu təbrik edib.

Onun sözlərinə görə, Fransa Ermənistanın dəstəyini həmişə hiss edəcək.

Ermənistanın baş naziri ümid edir ki, gələn il bütün birgə ideya və proqramların həyata keçirilməsi naminə iki dost xalqa yeni nailiyyətlər və qazanclar gətirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə