Modern.az

İran təlimlərdə ballistik raket atdı

İran təlimlərdə ballistik raket atdı

Dünya

21 Dekabr 2021, 19:42

İran İnqilab Keşikçiləri Korpusu quru, hava və dəniz qüvvələrinin iştirakı ilə Fars körfəzində “Böyük Peyğəmbər-17” adlı hərbi təlim keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

 

Dünən başlayan və 5 gün davam etməsi planlaşdırılan təlimin ikinci günündə İran hərbçiləri sabit və hərəkət edən hədəfləri vura bilən ballistik raketi sınaqdan keçirib.

 

İran Hörmüz boğazı yaxınlığında keçirilən təlim çərçivəsində ballistik raket sınağının uğurlu olduğunu bildirib.

 

Təlimlərdə ballistik raketlərlə yanaşı pilotsuz uçuş aparatları da istifadə edilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə