Modern.az

Kəmaləddin Heydərov yenidən Federasiya prezidenti seçildi

Kəmaləddin Heydərov yenidən Federasiya prezidenti seçildi

Mədəniyyət

30 Dekabr 2021, 11:51

Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə əvvəlcə Gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Sonra Federasiyanın İdarə Heyətinə yeni seçki keçirilib.

1999-cu ildən federasiya prezidenti postunu tutan Kəmaləddin Heydərov yenidən qurumun rəhbəri seçilib. O, növbəti 4 ildə də Azərbaycan Taekvondo Federasiyasına başçılıq edəcək.

Konfransda həmçinin Nağı Səfərov və Niyaməddin Paşayev federasiyanın vitse-prezidentləri seçiliblər. Federasiyanın Nizamnaməsinə əsasən, federasiya prezidenti daha bir vitse-prezidenti təyin etmək səlahiyyətinə malikdir. Digər vitse-prezident İcraiyyə Komitəsinin növbəti iclaslarında təyin ediləcək.

Tədbirdə Taekvondo Federasiyası İcraiyyə Komitəsinə də seçkilər keçirilib. Ələkbər İmaməliyev, Gündüz Abdullayev, Səməd Heydərov və Vüqar Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə