Modern.az

400-dən çox parlament əməkdaşı koronavirusa yoluxdu

400-dən çox parlament əməkdaşı koronavirusa yoluxdu

10 Yanvar 2022, 09:14

Hindistanda 400-dən çox parlament işçisinin koronavirus testi pozitiv çıxıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda ölkənin “Times” qəzeti məlumat yayıb.

 

Məlumatda bildirilib ki, Hindistan parlamentində büdcə müzakirələrindən əvvəl çox sayda işçi virusa yoluxub. Koronavirusa qarşı test verən 1409 parlament işçisindən 402-nin nəticələri müsbət olub.

 

Bu günə qədər Hindistanda 35 milyon 528 min 4 nəfər virusa yoluxub, 483 min 790 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat