Modern.az

Türk seriallarına baxıb intihar edənlər

Türk seriallarına baxıb intihar edənlər

Mədəni̇yyət

23 Fevral 2010, 13:00

st1:*{behavior:url(#ieooui) }

Türk serialları gündəmimizi zəbt edib. Modern.az xəbər verir ki, Türkiyə son illərdə bu sahədə çox irəliləyiş edib. Müxtəlif  mövzulu türk dizilər Azərbaycan məişətinin ayrılmaz hissəsi olub. Qadınlarımız  gün səhərdən axşama qədər əsasən türk seriallarını seyr etməkdədir. Türk diziləri Türkiyədə olduğu qədər Azərbaycanda, ərəb ölkələrində populyarlıq qazanmaqdadır. Lakin bu dizilərin tamaşaçılarımızın  ağlına belə gəlməyən qorxulu effektləri də var. Geniş müzakirə mövzusu ola biləcək bu qorxulu tendensiyalar barədə türk aydınları, jurnalistlər də xəbərdar edir. “Sabah” qəzeti Türk seriallarındakı intihar səhnələrinin qorxunc əks-sədasından yazır. Qəzet türk seriallarının ərəb ölkələrində yaratdığı qorxunc hadisədən bəhs edir. Türkiyədə dəbdə olan və Azərbaycanda da populyarlıq qazanmış “Acı həyat” dizisi Tunisdə ölümə yol açıb. Filmdə intihar səhnəsini görən tunisli 12 yaşlı gənc bunu təqlid etməyə cəhd edib və özünü asıb. Eyni hadisə  ötən il Birləşmiş Ərəb Əmirliklərində də baş verib.  Eyni yaşda olan bir uşaq “Acı həyatı”n intihar səhnəsini həyəcanla  izlədikdən sonra  kitablarını sarıdığı bir kəmər və otağındakı pərdə vasitəsi ilə özünü asıb. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub