Modern.az

"Patı" aludəçisi olan uşaq xəstəxanaya yerləşdirildi

Hadisə

15 Yanvar 2022, 18:19

Bakıda küçələrdə gecələyən və narkotik aludəçisi olan yeniyetmə Ruslan Məmmədov Respublika Narkoloji Dispanserə yerləşdirilib.

 

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, qurum Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyilə birgə günlərdir uşağın axtarışını davam etdirib.

 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından uşağın tapılaraq dispanserə yerləşdirilməsi xəbərini təsdiqləyib.

 

Qeyd edək ki, Kəmalə Ağazadə bundan əvvəlki paylaşımında uşağın narkotik asılılığından "psixi" xəstəyə çevirildiyini bildirmişdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı