Modern.az

Deputat parlamentə ABŞ Konqresinə etiraz məktubu göndərməyi təklif edir

Deputat parlamentə ABŞ Konqresinə etiraz məktubu göndərməyi təklif edir

23 Fevral 2010, 13:31

Milli Məclisin bu günkü iclasında deputat Mübariz Qurbanlı qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin gələn ay ABŞ Konqresində müzakirəyə çıxarılmasına etiraz bildirilməsini təklif edib: "Ermənistan ilə imzalanan protokolların parlamentdə qəbulunun Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün olmadığını bildirdiyinə görə Türkiyə yenidən təzyiqlərlə üzləşib. Biz də bu təzyiqlərin qarşısının alınması üçün Türkiyəyə dəstək verməliyik".
M.Qurbanlının sözlərinə görə, "erməni soyqırımı" məsələsinin ABŞ Konqresinin Komitəsinin martın 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir. O, deyib ki, mu müzakirələrə etiraz etmək üçün Milli Məclis də müəyyən addımlar atmalıdır. "Təklif edirəm ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqə komitəsi ABŞ Konqresinə soyqırımla bağlı müzakirələrin keçirilməməsi üçün müraciət etsin".

Mübariz Qurbanlının fikrincə, soyqırımla bağlı müzakirələrin qarşısının alınması məqsədilə Milli Məclisin nümayəndə heyətinin ABŞ-a səfərini də təşkil etmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi