Modern.az

Pandemiyanın bitməsinin yeganə yolu PEYVƏNDDİ

Pandemiyanın bitməsinin yeganə yolu PEYVƏNDDİ

Aktual

29 Yanvar 2022, 10:15

“Dünyada COVID-19 pandemiya bitəndə artıq peyvəndlənməyə də ehtiyac qalmayacaq. Bir çox insanlar peyvənd olunmağa etiraz edir ki, nə qədər olar artıq?”

 

Bu fikirləri Modern.az -a açıqlamasında həkim-radioloq Aydın Əliyev bildirib.

 

Onun sözlərinə görə, bütün bunlar pandemiyanın hələ də davam etdiyinə görədir:

 

“Düşünürəm ki, artıq yazdan etibarən pandemiya yavaş-yavaş sonlanacaq. Fevralın -15də peyvəndi alan şəxslərin ikinci dozasından səhv etmirəmsə, 5-6 ay keçir. Bu müddətdən sonra peyvəndin yaratdığı immunitet çox zəifləmiş olur. Yəni, ikinci doza qəbul etmiş insanların qanında 5-6 ay sonra antitellərin miqdarı COVID-19 virusuna dayanıqsız olur”.

 

Həkim bildirib ki, ona görə fevral ayında qüvvətləndirici dozaların vurulmasına ehtiyac var:

 

““Buster” doza koronavirusa qarşı zəifləmiş immuniteti daha da gücləndirir, antitellərin miqdarını artırır. Kimin ikinci doza peyvəndinin üzərindən 5-6 ay zaman keçibsə, 3-cü doza peyvəndi vurdurmasını tövsiyə edirəm. Bununla onlar virusa növbəti dəfə yoluxsalar, xəstəliyi ağır şəraitdə deyil, yüngül formada keçirəcəklər”.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?