Qazaxıstanda kütləvi iğtişaşların təşkilində təqsirli bilinən kriminal avtoritet “Arman Dikiy” ləqəbli Arman Cumageldiyev istintaq təcridxanasından yoxa çıxıb.
Modern.az xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıblar.
Vəkillər bildiriblər ki, “Arman Dikiy”in hara və necə aparıldığından xəbərsizdirlər. Eyni zamanda dövlət qurumları da onunla bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, “Arman Dikiy” Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun yaxın dostu olub.