Modern.az

Bazarda güclü yanğın: 30 mağaza külə döndü

Bazarda güclü yanğın: 30 mağaza külə döndü

Aktual

12 Fevral 2022, 11:56

Bu gün səhər saatlarında Tehranda bazarda güclü yanğın olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tehran Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

 

Yanğın nəticəsində minimum 30 mağazanın yararsız hala düşdüyü açıqlanıb. Xəsarət alanlar barədə isə hələlik hər hansı məlumatın olmadığı bildirilib. 

 

Yanğının tam şəkildə söndürülmədiyi deyilir. Hadisə zamanı bir neçə partlayış qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır