Modern.az

Məşhur tamada və aşıq Alqayıt vəfat etdi

Məşhur tamada və aşıq Alqayıt vəfat etdi

Aktual

12 Yanvar 2013, 23:46

Məşhur tamada, şair, aşıq və bir sıra müsabiqələrdə münsiflər heyətində təmsil olunan “Aşıq Alqayıt” kimi tanınan Alqayıt Xəlilov vəfat edib.

Modern.az saytı AzNews.az-a istinadən bildirir ki, o, bu gün saat 16:00 radələrində dostunun yanına kafeyə gedib. Alqayıtın vəziyyəti qəfildən pisləşib və vəfat edib.

Onun ölüm xəbərini qardaşı Xanlar Xəlilov da təsdiqləyib. O, bildirib ki, Alqayıt ötən il ürəyindən əməliyyat olunubmuş.

Mərhumun dəfn mərasimi sabah keçiriləcək. Qeyd edək ki, sabah həm də onun həyat yoldaşının qırx mərasimidir.

Məlumat üçün bildirək ki, 1940-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olan Alqayıt Bayram oğlu Xəlilov orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Tarix-filologiya” fakültəsinə qəbul olub. 1967-ci ildə həmin institutun “Dil və ədəbiyyat” şöbəsini bitirdikdən sonra 1967-ci ildən 1972-ci ilə qədər doğma Daşkənd kənd orta məktəbində müəllimlik edib.

1972-ci ildə “Mingəçevir işıqları” qəzetində işləməyə dəvət olunub və 1974-cü ilə qədər burada fəaliyyət göstərib.

El şairi Aşıq Alqayıt 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşayıb və özünəməxsus yaradıcılığını davam etdirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı