Modern.az

Şəhid ailələrinin müraciəti parlamentdə səsləndirildi

Şəhid ailələrinin müraciəti parlamentdə səsləndirildi

Aktual

15 Fevral 2022, 12:04

“Azərbaycanda və dünyada sonsuzluq problemi artır. Bu ailələr müraciət edirlər ki, tibbin imkanlarından istifadə etmək istəyirik”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

 

O qeyd edib ki, sonsuzlugun həlli özəl klinikalarda baha qiymətə təklif edilir:

 

“Mən təklif edirəm ki, icbari tibbi sıgorta çərçivəsində sonsuzlugun həlli həyata keçirilsin. Hər ailəyə ən azı bir dəfə övlad sahibi olmaq üçün dövlət hesabına şans verə bilərik.

 

Bununla bağlı mənə şəhid ailələri də müraciət etmişdi. Sonsuz ailələrə dəstək göstərilməsini vacib hesab edirəm. Dağılan ailələrin qarşısını ala bilərik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!