Modern.az

İcbari sığorta ilə bağlı müştərək maliyyələşmə təxirə salınır

İcbari sığorta ilə bağlı müştərək maliyyələşmə təxirə salınır

Aktual

15 Fevral 2022, 12:08

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınır.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclası çərçivəsində müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulur.


Dəyişiklikdə qeyd edilir ki, “Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.


Qeyd edək ki, bundan əvvəl müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2022-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulmuşdu.


Qanuna dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!