Modern.az

Deputatlar cərimələrlə bağlı təklif verdilər

Deputatlar cərimələrlə bağlı təklif verdilər

Aktual

15 Fevral 2022, 13:17

“Qaz təchizatının bütün respublika ərazisini əhatə etməsi və qiymətləndirməsi ilə bağlı problem var”. 


Modern.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında deyib:


“Biz bir sıra məsələlərin həlli üçün müzakirə aparırıq. Amma sanki elə parlamentin divarları üçün danışırıq. Aidiyyəti qurumlardan reaksiya yoxdur. Onlar sanki deyirlər ki, fərqi yoxdur, biz bu təklifi vermişiksə, qəbul olunmalıdır. Bizim təkliflərimiz, fikirlərimiz aidiyyəti qurumlarda nəzərə alınmalıdır. 


Bilirik ki, cərimələrin çoxu dövlət büdcəsinə getmir. Həmin qurumların işçilərinin artırılmasına, maddi texniki bazasının gücləndirilməsinə gedir. Ona görə, rəqəmlər dəqiq olmalıdır. Biz cərimələri kiminsə istəyinə görə yox, əhalinin konkret gəlirinə, maaşına uygunlaşdırmalıyıq”. 


Deputat Aydın Mirzəzadə isə çıxışında xarici ölkələrdən nümunə gətirərək bildirib:


“Xarici ölkələrdə vətəndaşlar cəriməni ödəyə bilməyəndə məhkəməyə müraciət edirlər. Bizdə elə bir sistem yaradılsın ki, vətəndaş cərimədən narazı qaldıqda şikayət edə bilsin”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!