Modern.az

AYB-də növbəti qalmaqalla bağlı iclas keçirilib - “Nəticə açıqlanacaq”

AYB-də növbəti qalmaqalla bağlı iclas keçirilib - “Nəticə açıqlanacaq”

Mədəni̇yyət

14 Yanvar 2013, 18:29

Azərbaycan Yazıçılar Birliyinin (AYB) əleyhinə müsahibə verən yazıçı Mahirə Abdullanın sözügedən qurumun rəhbərliyi tərəfindən işdən qovulduğunu  iddia edir. Modern.az-a açıqlamasında Birliyin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu bildirib ki, bu gün AYB-də iclas keçirilib, bəzi məsələlərə aydınlıq gətirilib:

“Müəyyən söhbətlər var ki, onları yenidən təftiş etməyə ehtiyac duyuldu. Amma hələ heç kim nə işdən çıxarılıb, nə də AYB-dən kənarlaşdırılıb. İclasın gəldiyi nəticədən sonra Mahirə Abdullanın işdə qalması artıq imkansız görünür. Tam nəticəni isə sonradan elan edəcəyik.

  Mahirə Abdulla iş yoldaşımızdır, amma işə gəlmir. Əvvəllər deyilirdi ki, bülletendədir. Amma bu qədər bülleten də olmaz. Özü ilə əlaqə saxlamağa çalışsaq da, cavab vermir. Onun özünü dinləməyə ehtiyac var”.  
Ədalət Əsgəroğlu qeyd edib ki, M. Abdullanın işdən kənarlaşdırılması ilə bağlı rəsmi şəkildə Yazıçılar Birliyi tərəfindən bəyanat açıqlanacaq.  

M. Abdulla ətrafında qalmaqalda şair Abbas Abdullanın da adı hallanır. Belə ki, mediaya açıqlamasında M. Abdulla həmkarını ruhi xəstə adlandırıb.
“Mən xəstə olmamışam, heç bir qızı da döyməmişəm. “Ədəbiyyat” qəzetinə də cavab yazmışam”-deyə şair A.Abdulla xanın həmkarına cavab verib.  

Sevinc İltifatqızı

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!