Modern.az

Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq

Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq

Aktual

18 Fevral 2022, 16:44

“Sabahkı iclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin vəzifədən istefa verməsi məsələsi müzakirə olunacaq”.

 

Bu barədə Modern.az-a AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib.  

O xatırladıb ki, AMEA prezidenti Ramiz Mehdiyev istefa verməsi barədə Rəyasət Heyətinə müraciət etmişdi:


“Rəyasət Heyətinin üzvləri həmin müraciətə baxıb, onu məqsədəuyğun saydılar. Sabah işdən çıxması məsələsi dəqiqləşdiriləcək. Sabah iclasda qəbul olunan qərar yuxarı instansiyalara göndəriləcək. Yəqin ki, sabah prezidentə təqdim ediləcək. 

 

AMEA-nın prezidentliyinə namizədlərin kim olacağı barədə bir fikrim yoxdur. Öncəgörmə ilə məşğul deyiləm. Bununla maraqlanmıram".

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!