Modern.az

KTMT bu halda Donbasa girə bilər - Baş katib açıqladı

KTMT bu halda Donbasa girə bilər - Baş katib açıqladı

Dünya

19 Fevral 2022, 22:37
"Donbasdakı münaqişə zonasına KTMT sülhməramlılarının yerləşdirilməsi BMT Təhlükəsizlik Şurasının qərarı və Kiyevin razılığı ilə mümkün ola bilər".
 
Modern.az xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas deyib .
 
"Hipotetik olaraq, bu mümkündür, lakin bunun üçün Ukraynanın razılığı lazımdır, axı bu, onun ərazisidir, BMT Təhlükəsizlik Şurasının mandatı və həmçinin bu qərarın bütün hökumətlərimiz tərəfindən dəstəklənməsi lazımdır", - deyə o bildirib.
 
KTMT-nin baş katibi əlavə edib ki, Ukraynadaxili münaqişə yalnız diplomatiya yolu ilə həll oluna bilər, lakin hazırda vəziyyət təhlükəli istiqamətdə inkişaf edir.
 
Akif İsmayılov
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat