Modern.az

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib

16 Sentyabr 2009, 20:16

Prezidenti İlham Əliyev sentyabrın 16-da müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirlərini müqəddəs Ramazan bayramı münasibətilə qəbul edib.  Dövlət başçısı səfirləri, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. İlham Əliyev səfirlərdən xahiş edib ki, onun səmimi təbriklərimi öz ölkələrinin dövlət və hökumət başçılarına çatdırasınlar.
"Mən çox şadam ki, Azərbaycanda müsəlman ölkələrini təmsil edən səfirliklərin sayı artır. Bu çox gözəl, əlamətdar bir haldır. Azərbaycan da öz növbəsində müsəlman ölkələrində səfirliklərinin sayını artırır və bu proses davam edir. Ölkələrimiz arasında əlaqələr çox sürətlə inkişaf edir. Əlaqələr yüksək səviyyədədir və biz çalışmalıyıq ki, bu əlaqələri növbəti illərdə də hərtərəfli inkişaf etdirək, aramızdakı münasibətlər daha da güclü olsun. Həm siyasi və humanitar əlaqələrin, həm iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi bizim maraqlarımıza cavab verir"-deyə, İlham Əliyev bildirib.
Ölkə başçısı  bu il Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasını Azərbaycan üçün böyük şərəf sayıb. Prezident
vurğulayıb ki, Azərbaycanın müsəlman ölkələrilə BMT və İslam Konfransı Təşkilatında əməkdaşlığı çox önəmlidir: "Biz müsəlman ölkələrinin dəstəyini daim hiss edirik. Bildiyiniz kimi, keçən il BMT Baş Məclisində Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı qətnamənin qəbul edilməsi müsəlman ölkələrinin böyük dərəcədə dəstəyi hesabına baş vermişdir.
Biz də öz növbəmizdə bütün beynəlxalq tədbirlərdə, bütün beynəlxalq təşkilatlarda İslam həmrəyliyinin gücləndirilməsi üçün addımlarımızı atırıq. Bizim üçün qardaş olan İslam ölkələrini bütün məsələlərdə dəstəkləyirik və bunu gələcəkdə də edəcəyik. İslam həmrəyliyinin gücləndirilməsi bizim üçün çox vacibdir. Azərbaycan ayrı-ayrı vaxtlarda İslam həmrəyliyinin gücləndirilməsinə xidmət göstərən müxtəlif tədbirlər keçirmişdir və biz bunu gələcəkdə də edəcəyik".
 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi