Modern.az

ABŞ hələlik Rusiyaya sanksiya tətbiq etməyəcək

ABŞ hələlik Rusiyaya sanksiya tətbiq etməyəcək

Dünya

20 Fevral 2022, 19:53

ABŞ çəkindirici təsirini itirməməsi üçün Rusiyaya qarşı son ana qədər sanksiyalar tətbiq etmək niyyətində deyil. 

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

 

"Sanksiyaların məqsədi, ilk növbədə, Rusiyanı müharibəyə başlamaqdan çəkindirməkdir. Siz onları tətbiq edən kimi bu təsir aradan qalxacaq. Ona görə də son ana qədər bu çəkindirici effekti saxlamaq niyyətindəyik", - deyə o bildirib.

 

 Dövlət katibi qeyd edib ki, Vaşinqton sanksiya məsələlərində Kiyevlə daim koordinasiya aparır.

 

Akif İsmayılov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat