Modern.az

Putin Donbasla bağlı təcili iclas keçirdi

Putin Donbasla bağlı təcili iclas keçirdi

Dünya

21 Fevral 2022, 18:11

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.

 

Modern.az xəbər verir ki, Kremldə keçirilən növbədənkənar iclasda Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri iştirak ediblər.


Rusiya dövlət başçısının rəhbərliyi ilə keçirilən iclas Ukraynanın cənub-şərqindəki vəziyyətə həsr olunub.

 

Putin iclasda separatçı "Donetsk və Luqansk Xalq Respublikaları"nın rəhbərlərinin müstəqilliyinin tanınması ilə bağlı müraciətlərinin müzakirə olunacağını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat